EN

Yer orbitası kosmik tullantılarla həddən artıq yüklənib

ain.az bildirir, Bizimyol portalına istinadən.

Alimlər həyəcan təbili çalırlar: hazırda Yer orbitində ölçüsü bir santimetrdən böyük olan 1,1 milyondan artıq kosmik tullantı fraqmenti fırlanır. Bu obyektlər saniyədə təxminən 29 min kilometr sürətlə hərəkət edir. Onlardan cəmi 30 minə yaxını izlənilir, qalanları isə gizli, lakin rabitə, naviqasiya və meteoroloji peyklər üçün real təhlükə yaradır.

Bizimyol.info xəbər verir ki, Avropa Kosmik Agentliyi (ESA) Yer orbitasının vəziyyətini 200 ilədək perspektivdə qiymətləndirən yeni bir alət — kosmik mühitin sağlamlıq indeksini hazırlayıb. Son hesablamalara görə, orbit artıq həddindən artıq yüklənib: indeks 4-cü səviyyəyə çatıb ki, bu da toqquşma risklərinin artdığını və gələcək kosmik missiyalar üçün potensial təhlükə yarandığını göstərir.

Bu indeks obyektlərin ölçüsünü və formasını, yerləşdiyi hündürlüyü, manevr qabiliyyətini, orbitdən təhlükəsiz çıxarılma sistemlərinin mövcudluğunu və yeni fraqmentlərə parçalanma riskini nəzərə alır. Əldə olunan nəticələr daha təhlükəsiz peyklərin layihələndirilməsinə, təhlükəsiz trayektoriyaların seçilməsinə və yeni kosmik tullantıların yaranmasının minimuma endirilməsinə kömək edir.

ESA vurğulayır ki, kosmik tullantılarla mübarizə uzunmüddətli bir vəzifədir: orbitin təmizlənməsi baha və mürəkkəb prosesdir, hər yeni buraxılış isə riskləri daha da artırır. 2030-cu ilə qədər yeni kosmik tullantıların yaranmasının qarşısını almağı hədəfləyən Zero Debris təşəbbüsü Yerətrafı kosmik məkanın qorunması üçün kritik əhəmiyyət daşıyır.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
99
bizimyol.info

1Sources