EN

ABŞ Kamboca və Tailand danışıqlarına yardım edəcək?

Yazını böyüt
Yazını kiçilt

ABŞ dövlət katibi Marko Rubio Kambocanın Baş naziri Hun Manet ilə telefon danışığında Vaşinqtonun Pnompen və Banqkok arasında hərbi əməliyyatlara son qoymaq üçün dialoqun qurulmasına kömək etməyə hazır olduğunu bildirib.

Hafta.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Tommi Piqottun yazılı açıqlamasında bildirilib. Piqottun sözlərinə görə, Rubio Hun Manetlə söhbətində Kamboca və Tailand arasında davam edən zorakılıqdan narahatlığını ifadə edib.

Dövlət katibi ABŞ Prezidenti Donald Trampın sülhə sadiqliyini və Kuala Lumpur sülh müqavilələrinin tam şəkildə həyata keçirilməsinin zəruriliyini bir daha təsdiqləyib.

Chosen
32
5
hafta.az

6Sources