Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.
Yük daşıma qayfadını kobud şəkildə pozan sürücünün videosu avtomobildəki kameraya qeyd olunub. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 6-da, Füzuli rayonu ərazisində qeydə alınıb. Belə ki, 11-BG-749 qeydiyyat nişanlı "VAZ 2106" markalı avtomobilin sürücüsü böyük darvazanı avtomobilin üzərinə yerləşdirərək yolda hərəkət edib. Videodan da aydın şəkildə görünür ki, daşınan yük avtomobilin yan tərəfindən kənara çıxıb. Lakin sürücü buna əhəmiyyət verməyərək hərəkətinə davam edib.
"Yol hərəkəti haqqında" qanunun 57-ci maddəsində qeyd olunub ki, daşınan yük nəqliyyat vasitəsinin yan tərəfindən 0,4 metrdən çox qırağa çıxdıqda “İri qabaritli yük” tanınma nişanı ilə işarələnməlidir. Sutkanın qaranlıq vaxtı və məhdud görünmə şəraitində isə, bundan başqa, qabaq tərəfdən ağ işıq fənəri və ya işıqqaytarıcı ilə arxa tərəfdən qırmızı işıq fənəri və ya işıqqaytarıcı ilə işarə olunmalıdır.
Yükün bu formada daşınmasının bir çox təhlükəsi var. Belə ki, ötmə zamanı sürücü yükün qabaritini görmədiyi üçün ötdüyü nəqliyyat vasitəsinə toxunduraraq qəzaya səbəb ola bilər. Eyni zamanda yolun kənarında dayanmış piyadaya, həmçinin digər maneələrə vura bilər.
Fərid
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.