EN

"SatNet" rabitə peykləri qrupu orbitə çıxarıldı

Yazını böyüt
Yazını kiçilt

Çinin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) "SatNet" aşağı orbitli rabitə peyklərinin 17-ci dəstini uğurla orbitə buraxıb.

Hafta.az xəbər verir ki, bu barədə şirkət "WeChat" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Məlumata əsasən, raketin buraxılışı cümə günü Pekin vaxtı ilə saat 07:26-da Vençan Peyk Buraxılış Mərkəzinin kommersiya sahəsində baş tutub. Buraxılış zamanı "CZ-8A" raket daşıyıcısından istifadə edilib.

Chosen
9
1
hafta.az

2Sources