Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
ABŞ-ın Texas ştatında yerləşən "H-E-B" supermarketlər şəbəkəsinin mağazalarından birində Milad ərəfəsində alıcılara gözlənilməz sürpriz yaşadılıb — seçdikləri bütün məhsullar onlara tamamilə pulsuz verilib. Buna səbəb mağazada baş verən ciddi texniki nasazlıq olub.
Bizimyol.info xəbər verir ki, "ABC News" telekanalının məlumatına görə, mağazada eyni vaxtda bütün kassa aparatları sıradan çıxıb və nəticədə alıcılarla hesablaşma mümkün olmayıb. Hadisə Milad bayramı ərəfəsində, ilin ən gərgin alış-veriş günlərindən birində baş verib. Mağaza səbətlərini doldurmuş müştərilərlə dolu olub.
Supermarket rəhbərliyi mağazanı bağlamaq və ya alıcılardan zalı tərk etməyi xahiş etmək əvəzinə fərqli və humanist bir qərar qəbul edib. Müştərilərə artıq seçdikləri məhsulları ödənişsiz aparmağa icazə verilib. Mağaza əməkdaşlarından biri qısa elanla zala müraciət edərək alıcılara “çox xoşbəxt Milad bayramı” arzulayıb və onların gələcəkdə də bu şəbəkədən alış-veriş edəcəklərinə ümid etdiyini bildirib. Bu sözlər zaldakı alıcılar tərəfindən alqışlarla qarşılanıb.
Telekanalın süjetində qeyd olunur ki, qeyri-adi hadisə qısa zamanda sosial şəbəkələrdə geniş rezonans doğurub və bayram günlərində müştəri məmnuniyyətinə yönəlmiş qeyri-standart yanaşmanın parlaq nümunəsinə çevrilib.
“Ümid edirik ki, hər biriniz üçün Milad bayramı çox sevincli keçəcək və siz yenə də bizim supermarketlərdən alış-veriş edəcəksiniz”, - deyə alıcılara müraciətdə qeyd edilib.
Qadir, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.