EN

Azərbaycanda dağınıq skleroz xəstəliyi üçün dərman alışı: 6.8 milyon manatlıq tender

"İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsi 2026-cı il üzrə dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair dərman vasitələrinin satın alınması üçün müsabiqə elan edib.

Ölkə.az xəbər verir ki, tenderin ehtimal olunan dəyəri 6 856 881 manat təşkil edir.

Satın alınacaq dərman vasitələri arasında:

- "İnterferon beta" 1A 60 mkq/ml, 0,5 ml şpris №4, miqdarı 3 960 qutu,

- "Metilprednizolon" 16 mq №30, miqdarı 500 qutu,

- "Betahistin dihidroxlorid" 24 mq №60, miqdarı 1 000 qutu,

- "Oksibutinin hidroxlorid" 5 mq №30, miqdarı 275 qutu,

- "Fingolimod" 0,5 mq N28, miqdarı 3 330 qutu,

- "Dimetilfumarat" 240 mq N56, miqdarı 2 175 qutu yer alır.

Tenderə yanvarın 28-də yekun vurulacaq.(oxu.az)

Chosen
7
1
olke.az

2Sources