EN

Türkiyədən Özbəkistana mebel ixracı 69 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Özbəkistana mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz artaraq, 69 milyon 346 min 88 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin noyabr ayında Özbəkistana mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 31,8 faiz azalaraq, 4 milyon 912 min 92 dollara çatdırıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq, 7 milyard 252 milyon 610 min dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 672 milyon 379 min dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 0,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində ( noyabr 2024- noyabr 2025) Türkiyə 7 milyard 960 milyon 973 min dollar məbləğində mebel ixrac edib.

Chosen
34
49
turkic.world

10Sources