AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının XVI turunda keçirilmiş “Karvan-Yevlax” – “Neftçi” oyununda FIFA referisi Əliyar Ağayevin səhv qərar verdiyini bildirib.
Msport.az xəbər verir ki, Həsənov hakimin birinci hissənin sonlarında qonaqların qapısına təyin etdiyi penaltinin doğru olmadığını söyləyib.
O, bundan əlavə, “Kəpəz” – “Turan Tovuz”, “Qəbələ” – “Qarabağ”, “Zirə” – “İmişli” və “Sumqayıt” – “Sabah” görüşlərindəki mübahisəli epizodları da şərh edib və həmin oyunlarda səhvlərin olmadığını vurğulayıb.