EN

Əliyar Ağayev "Neftçi"nin oyununda səhv qərar verib - Video

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının XVI turunda keçirilmiş "Karvan-Yevlax" - "Neftçi" oyununda FİFA referisi Əliyar Ağayevin səhv qərar verdiyini bildirib.
ONN media AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, R.Həsənov hakimin birinci hissənin sonlarında qonaqların qapısına təyin etdiyi penaltinin doğru olmadığını söyləyib.
O, bundan əlavə, "Kəpəz" - "Turan Tovuz", "Qəbələ" - "Qarabağ", "Zirə" - "İmişli" və "Sumqayıt" - "Sabah" görüşlərindəki mübahisəli epizodları da şərh edib və həmin oyunlarda səhvlərin olmadığını vurğulayıb.

Chosen
16
7
onn.az

8Sources