EN

Paşinyan: Ermənistan–İran strateji tərəfdaşlıq sazişi imzalana bilər – ÖZƏL

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İranla strateji tərəfdaşlıq haqqında saziş imzalamaq niyyətində olduğunu açıqlayıb.

Olaylar.az xəbər verir ki, jurnalistlərə verdiyi açıqlamada Paşinyan bildirib ki, Ermənistan-İran münasibətləri hazırda çox yüksək səviyyədədir və iki ölkə arasında əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə 2026-cı ildə strateji tərəfdaşlıq sənədinin imzalanması planlaşdırılır.

"İranla münasibətlərimiz çox yüksək səviyyədədir və biz Tehranla strateji tərəfdaşlıq haqqında sənəd imzalamaq istəyirik", - deyə Ermənistanın baş naziri qeyd edib.

Nikol Paşinyan vurğulayıb ki, Tehranla əməkdaşlıq dinamik şəkildə inkişaf edir və yeni saziş iki ölkə arasında ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə töhfə verə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
75
50
olaylar.az

10Sources