EN

Fərid Nəbiyev subaylığın daşını atır

"Kəpəz"in vingeri Fərid Nəbiyev ailə həyatı qurur.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, o, sabah subaylığın daşını atacaq.

Azərbaycanlı futbolçunun toy mərasimi doğulub boya-başa çatdığı Ağstafadakı şadlıq saraylarından birində baş tutacaq

Fərid Nəbiyev ötən yay Gəncə təmsilçisinə transfer olunub. 26 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Nəbiyev ilk dəfə 2022/2023-cü illər mövsümündə "Kəpəz"in şərəfini qoruyub. Vinger karyerası ərzində "Qəbələ", "Turan Tovuz", "Səbail", Çexiyanın "Slaviya" (Praqa) və "Viktoriya Jijkov", həmçinin, Gürcüstanın "Şevardeni" klublarında çıxış edib.

Chosen
30
1
fanat.az

2Sources