EN

Xankəndidə bayram HAZIRLIQLARI

Ajans.az xəbər verir ki, bununla bağlı Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bayram ovqatlı " Qış nağılı " yarmarkası yanvarın 5-dək davam edəcək. Yarmarkanın keçiriləcəyi meydan Yeni İl münasibətilə xüsusi işıqlandırmalarla bəzədilib, ərazi rəngarəng dekorasiyalarla bayram ab-havasına bürünüb. Eyni zamanda, dekabrın 27-də Xankəndi şəhərində Kənd Təsərrüfatı Nazirliyi və nazirliyin tabeliyində fəaliyyət göstərən Aqrar Tədarük və Təchizat ASC-nin təşkilatçılığı ilə “Kənddən şəhərə” Yeni İl yarmarkası da olacaq. Yarmarkada iştirak edən fermerlər təsərrüfatlarının təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını satışa çıxaracaqlar. Dekabrın 29-da isə Xankəndidə şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə geniş bayram proqramı, dekabrın 31-də atəşfəşanlıq olacaq.

Chosen
15
10
Ajans.az

10Sources