EN

İsrail PUA-larının Livana zərbələri nəticəsində 3 nəfər ölüb

İsrail ordusunun pilotsuz uçuş aparatlarının Livanın şərq və cənub bölgələrinə endirdiyi zərbələr nəticəsində üç nəfər həlak olub.

Missiya.Az xəbər verir ki, bu barədə Livan mediası məlumat yayıb. 

Məlumata görə, Suriya sərhədi yaxınlığındakı Havş əs-Seyid Əli ərazisində bir nəqliyyat vasitəsi İsrail PUA-sı tərəfindən vurulub, iki nəfər ölüb. Daha sonra Nəbatiyyə qubernatorluğunda başqa bir avtomobilə endirilən zərbə nəticəsində bir nəfər həyatını itirib.

İsrail ordusu hücumlara görə məsuliyyəti öz üzərinə götürdüyünü açıqlayıb.

Seyranə QuliyevaMissiya.Az

Chosen
26
missiya.az

1Sources