EN

Kobaxidzedən ABŞ ın avropalılara viza məhdudiyyəti tətbiq etməsinə reaksiya

ain.az, Ayna portalına istinadən məlumat yayır.

“Avropa İttifaqının etdikləri və beynəlxalq hüququ necə pozduğu bumeranq kimi geri qayıdır"

"Bir deyim var: nə varsa, o da öz yerini tapır. Avropa İttifaqının etdikləri və beynəlxalq hüququ necə pozduğu bumeranq kimi geri qayıdır". AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Kobaxidze bu barədə ABŞ Dövlət Departamentinin keçmiş Avropa komissarına və bir neçə digər şəxsə qarşı tətbiq etdiyi viza məhdudiyyətləri, eləcə də Kaya Kallasın bu məsələ ilə bağlı açıqlaması ilə bağlı suala belə cavab verib.

Kobaxidzenin sözlərinə görə, Aİ-nin pis təcrübələri indi ona əks təsir göstərib: "Əlbəttə ki, bu, pis təcrübə idi, amma indi bu pis təcrübə Aİ-yə qayıdıb ki, bu da bizim üçün çox maraqlıdır. Aİ nümayəndələrinin bu məsələ ilə bağlı qəzəbli açıqlamalarını eşitdikdə, bu da bizim üçün böyük maraq doğurur".

Qeyd edək ki, Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas keçmiş Avropa komissarı Tierri Breton və digər dörd avropalıya qarşı Vaşinqtonun viza məhdudiyyətlərinin tətbiq edilməsi ilə bağlı şərhində bildirib: "ABŞ-ın Avropa vətəndaşlarına və vəzifəli şəxslərinə səyahət məhdudiyyətləri tətbiq etmək qərarı qəbuledilməzdir və suverenliyimizə qəsd etmək cəhdidir".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
49
ayna.az

1Sources