EN

Saxta diplom iddiası: Avropada diplomatik böhran yaratdı

Polşa Xarici İşlər Nazirliyi saxta diplomla bağlı aparılan istintaq çərçivəsində ölkənin Parisdəki səfiri Yan Emerik Roşişevskini müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırıb.

"Cebheinfo.az" xəbər verir ki, Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Matsiyey Vevyor bildirib ki, xarici işlər naziri Radoslav Sikorski saxta diplom istintaqı səbəbilə Parisdəki səfir Yan Emerik Roşişevskinin vəzifədən azad edilməsi barədə qərar qəbul edib.

Vevyor qeyd edib ki, 2022-ci ildə səfir təyin olunan Roşişevski ilə bağlı bütün şübhələr aradan qaldırılana qədər bu qərar qüvvədə olacaq.

Polşa mətbuatında yer alan xəbərlərə görə, “Collegium Humanum” adlı özəl universitet standart akademik tələblərə əməl etmədən sürətləndirilmiş MBA, bakalavr və magistr diplomları verməkdə ittiham olunur.

İddialara əsasən, bu diplomlardan xüsusilə dövlət şirkətlərinin nəzarət şuralarında və yüksək vəzifələrdə çalışmaq üçün tələb olunan hüquqi şərtləri formalaşdırmaq məqsədilə istifadə edilib.

Bildirilib ki, səfir Roşişevski də dövlətə məxsus poçt idarəsinə bağlı bir törəmə müəssisənin nəzarət şurasında vəzifə tuta bilmək üçün sözügedən universitetdən əldə edilmiş şübhəli MBA diplomundan istifadə edib.

İstintaq çərçivəsində saxlanıldıqdan sonra sərbəst buraxılan Roşişevski isə ona qarşı irəli sürülən ittihamları təkzib edib:

""Collegium Humanum"da heç vaxt təhsil almamışam və bu universitetin məzunu deyiləm".

O, prokurorluqla tam əməkdaşlıq etdiyini bildirib və həqiqətin ən qısa zamanda üzə çıxacağına ümid etdiyini vurğulayıb.

Chosen
62
1
cebheinfo.az

2Sources