Nəşrə danışan və adının açıqlanmasını istəməyən yüksək vəzifəli Qərb rəsmisinin sözlərinə görə, Ukrayna üzrə danışıqlarda konkretlik əvvəlki dövrlərlə müqayisədə daha yüksəkdir. Bununla belə, bir sıra məsələlər hələ də müzakirəli qalır. Bu məqamlara təhlükəsizlik zəmanətləri, mümkün sülh sazişinə riayətə nəzarət mexanizmləri və Rusiyanın hüquqi öhdəlikləri daxildir.
Bundan əvvəl Zelenski bildirmişdi ki, ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff və Trampın kürəkəni, iş adamı Cared Kuşnerlə danışıqlar aparıb.
Dekabrın 24-də Ukrayna lideri Vaşinqtonda müzakirə edildiyi deyilən və 20 maddədən ibarət sülh planını açıqlayıb. Planda Ukraynanın suverenliyinin təsdiqi, Rusiya və Ukrayna arasında təmas xətti üzrə monitorinq mexanizmi ilə müşayiət olunan hücum etməmək haqqında razılaşma, təhlükəsizlik təminatları və digər bəndlər yer alır. Sənədə əsasən, Ukrayna Silahlı Qüvvələrinin sayının sülh dövründə 800 min nəfər səviyyəsində saxlanılması da təklif olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31