EN

Ərdoğan COP31-ə prezident təyin edib

Gələn il Türkiyədə baş tutacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci iclasına (COP31) yeni prezident təyin edilib.

Missiya.Az “TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı əsasında bu vəzifə ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kuruma həvalə olunub.

COP31 konfransının 2026-cı ilin 9–20 noyabr tarixlərində Antalyada keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, COP29-a Azərbaycan, COP30-a isə Braziliya ev sahibliyi edib.

Seyranə QuliyevaMissiya.Az

Chosen
44
21
missiya.az

10Sources