![]()
“Rusiya kəşfiyyat orqanları Qərb liderlərinə təsir göstərmək üçün KQB dövründə hazırlanmış psixoloji və neyrolinqvistik metodlardan sistematik şəkildə istifadə edirlər. Bu, onlara, xüsusən də ABŞ Prezidenti Donald Trampın davranışına təsir göstərməyə imkan verir”.
Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna ordusunun generalı və Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Nikolay Malomuj məlumat verib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin komandası Trampla danışıqlar zamanı qəsdən sovet təcrübələrindən istifadə edir, onun davranışını modelləşdirir və qərarlarını korreksiya edir. Bunun üçün əvvəlcə hədəfin tam tərcümeyi-halından tutmuş müxtəlif fobiyalarına qədər psixoloji profilini öyrənirlər. Daha sonra ruslar bu ağrı nöqtələri üzərində işləyirlər.
Malomuj nümunə olaraq qeyd edib:
"Bizim təsirimizdən sonra, Tramp BMT Baş Assambleyasında Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə Ukraynaya dəstək verəcəyinə söz verdikdə və bütün növ silahları, hətta Tomaqavkları da verəcəyini söylədikdə, Putin iki gün sonra sözün əsl mənasında Trampla danışdı və Ağ Ev rəhbəri Rusiya liderinin tərəfini tutdu. Kəşfiyyat xidmətlərinin əsl təsiri budur", - deyə o vurğulayıb.
Daşqın HəsənovMissiya.Az