EN

XANKƏNDİ BAYRAMA HAZIRDIR-FOTO » AzadMedia.az

XANKƏNDİ

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə dekabrın 27-də Xankəndində fəaliyyətə başlayacaq yarmarkaların təşkili ilə bağlı bütün hazırlıq işləri artıq başa çatdırılıb.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yarmarkanın keçiriləcəyi meydan Yeni İl münasibətilə xüsusi işıqlandırmalarla bəzədilib, ərazi rəngarəng dekorasiyalarla bayram ab-havasına bürünüb.

Bildirilib ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə sayca ikinci dəfə keçiriləcək "Qış nağılı" adlı yarmarka, şəhərin Zəfər meydanında təşkil edilib. Yarmarka yanvarın 5-dək davam edəcək.

Eyni zamanda, dekabrın 27-də Xankəndi şəhərində Kənd Təsərrüfatı Nazirliyi və nazirliyin tabeliyində fəaliyyət göstərən Aqrar Tədarük və Təchizat ASC-nin təşkilatçılığı ilə "Kənddən şəhərə" Yeni İl yarmarkası da olacaq. Yarmarkada iştirak edən fermerlər təsərrüfatlarının təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını satışa çıxaracaqlar. Dekabrın 29-da isə Xankəndidə şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə geniş bayram proqramı, dekabrın 31-də atəşfəşanlıq olacaq.




Chosen
34
12
azadmedia.az

10Sources