EN

Ermənilər bu postu Azərbaycan Ordusuna verdi İlginc səbəb

ain.az, GlobalInfo saytına istinadən bildirir.

2024-cü sərhəd demarkasiyası prosesi çərçivəsində Ermənistanın Tavuş vilayətinin Kirants kəndində bir sıra strateji, möhkəmləndirilmiş mövqelər Azərbaycana verildi.

Globalinfo.az xəbər verir ki, bunu erməni siyasi şərhçi Voskan Sərkisyan deyib.

O iddia edib ki, Ermənistanda qalmalı olan daha bir ərazi Azərbaycan Ordusunun nəzarətinə keçib:

“Ermənistanın Noyemberyan rayonunun Voskevan və Bağanis kəndlərinin sərhəd zonasında yerləşən “Yeni il” zastavası demarkasiya prosesi zamanı Azərbaycana təhvil verilməməli idi. Lakin oradakı sərhədçilərə ərzaq çatdırılmasında çətinliklər bəhanəsi ilə zastava Azərbaycana təhvil verildi. Azərbaycan hərbçiləri ikinci ildir ki, həmin döyüş mövqeyində xidmət edirlər. Hazırda orada Azərbaycan bayrağı dalğalanır”.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
50
2
globalinfo.az

3Sources