EN

Türkiyədə COP31-in prezidenti məlum oldu


Gələn il Türkiyədə keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) Prezidenti məlum olub.
Yeniavaz.com
“TRT Haber”ə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum COP31-in Prezidenti təyin edilib.
Bu barədə o, sosial şəbəkə hesablarında məlumat verib.
Nazir Türkiyənin COP31-ə sədrliyinin həm Türkiyə, həm də dünya üçün faydalı olacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, COP31 2026-cı il 9–20 noyabr tarixlərində Antalyada keçiriləcək.
Chosen
61
21
yeniavaz.com

10Sources