Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) 2025-ci ildə Azərbaycan, Cənubi Qafqaz və qlobal proseslərin təhlili istiqamətində fəaliyyətini davam etdirib.
Teleqraf xəbər verir ki, bunu BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, il ərzində ölkənin xarici siyasət gündəmini əhatə edən 12 bülleten hazırlanıb, azərbaycan, rus və ingilis dillərində ümumilikdə 214 analitik material dərc edilib.
F.Şəfiyev qeyd edib ki, xarici auditoriyanın obyektiv məlumatlandırılması məqsədilə nəşrlərin böyük əksəriyyəti ingilis dilində hazırlanıb, bu çərçivədə 6 kitab nəşr olunub:
“Mərkəz tərəfindən il ərzində 49 tədbir təşkil olunub, əməkdaşların məqalələri nüfuzlu beynəlxalq nəşrlərdə dərc edilib, həmçinin xarici tərəfdaşlarla birgə müxtəlif ölkələrdə ortaq tədbirlər keçirilib”.