EN

Mingəçevirdə bir ailənin iki üzvü dəm qazından zəhərləndi

MİNGƏÇEVİR, 26 dekabr. TELEQRAF

Mingəçevirdə bir ailənin iki üzvü dəm qazından zəhərlənib.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Heydər Əliyev prospektində yerləşən keçmiş köçkün şəhərciyində baş verib.

1935-ci il təvəllüdlü Nabat İsmayılova, onun qızı 1973-cü il təvəllüdlü Mədinə İsmayılova yaşadıqları mənzildə dəm qazından zəhərləniblər.

Hər iki şəxs xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
73
5
teleqraf.com

7Sources