EN

İsrail brendlər reytinqində sonuncu yerdədir

Reyting.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İsrail 2025-ci il üzrə Qlobal Ölkə Brendləri İndeksində sonuncu - 49-cu yeri tutub. Artıq ikinci ildir bu ölkə reytinq cədvəlinin sonunda qərarlaşıb.

Reyting.az xəbər verir ki, siyahıdakı bir çox ölkə brendlərinin reytinq nəticələrini paylaşan "BrandIL" layihəsinin məlumatına görə, İsrailin göstəricisi 6,1 faiz azalıb. Bu isə ölkə indeksinin 20 ilə yaxındır ən kəskin eniş göstəricisidir.

Layihə ekspertlərinin izahına görə, mənfi münasibət artıq təkcə hökumət siyasətinə deyil, israilli vətəndaşların imicinə də şamil olunur. Xüsusilə, Qərb ölkələrindəki gənc nəsil İsraili "toksik", həmçinin "kolonialist" kimi dəyərləndirir.

Məlumata görə, İsrailin Fələstin və Qəzzada hərbi əməliyyatlarından "Made in Israel" brendi də çox zərər çəkib. Qeyd olunur ki, İsraildəki mövcud siyasi reallığın təsiri ilə boykot əlamətləri formalaşıb, nəticədə investisiya, turizm və kredit reytinqinə çox böyük risk yaranıb.

Xüsusi qeyd olunur ki, elm, texnologiya sahəsində İsrail 36-cı yerdə qərarlaşıb. Mütəxəssislərin fikrincə, bu sektor imicin bərpasında əsas amil ola bilər.

Oqtay QORÇU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
45
reyting.az

1Sources