EN

Zahid Oruc:” İki qonşu dövlət soydaşlarımıza basqı edərək”…

2020-ci ildə başlayan pandemiyadan sonra sərhədlərimizdə hərəkətin məhdudlaşdırılması qərarı məcburi olmaqla, dövlətimizin təhlükəsizlik çağırışlarına verdiyi reaksiya idi. Əlbəttə, 5 ildir davam edən belə vəziyyət regional ticarətin genişlənməsini məhdudlaşdırır, tranzit və logistika potensialının tam reallaşmasına mane olur, yüklərin daha uzun və baha marşrutlarla daşınmasına səbəb olur. 

Regional inteqrasiyanın ləngiməsi Cənubi Qafqazda vahid iqtisadi məkanın yaranmasını əngəlləyir. Azərbaycan–Türkiyə–Mərkəzi Asiya xəttində logistik deyil, ticari fasilə yaradır. Xüsusilə, gələcəkdə  Orta Dəhliz, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat xətləri kontekstində kommunikasiyaların açılması iqtisadi baxımdan faydalı olacaqdır. 

Digər tərəfdən, yalnız hava nəqaliyyatı ilə hərəkətə icazə ailə və yaxınlararası humanitar əlaqələri zəiflədir, transsərhəd regionlarda yaşayan sakinlərin gündəlik ticarət və əmək imkanlarına ziyan vurur, əlavə xərclər yaradır. Hamının  təyyarə nəqliyyatından yararlanmaq imkanı yoxdur. Tələbələr ən həssas təbəqədir. Sıxıntılar cəmiyyət tərəfindən ciddi hiss olunur və onların tələbləri başa düşüləndir.

Lakin sərhədlər yalnız iqtisadiyyat və logistika mövzusu deyil, dövlətin təhlükəsizliyi, suverenliyi və gələcəyi ilə birbaşa bağlı olan strateji məsələdir.
Azərbaycan tarixinin mürəkkəb dövrlərindən keçərək qalib, suveren və regional güc kimi çıxış edir. Ali Baş Komandan İlham Əliyevin yaratdığı yeni tarixi və geosiyasi reallıq bizdən emosional yox, məsuliyyətli və uzaqgörən  münasibət tələb edir.

Ölkəmiz Qafqazlarda sərhədlərin tam açılmasına, regional əməkdaşlığa və sülhə xidmət edən əsas təşəbbüskar dövlətdir. Yeni sərhəd siyasəti müasir təhlükəsizlik çağırışları, regional müharibələr və beynəlxalq gərginliyi nəzərə almağa məcburdur.

Rusiya–Ukrayna müharibəsi Avropa və Avrasiya məkanında nəzarətsiz silah dövriyyəsini, muzdlu və yarı-nizami silahlı qrupların yayılmasını, qaçqın və miqrant axınlarını kəskin şəkildə  artırıb. Proseslər təkcə müharibə zonaları ilə məhdudlaşmır, region ölkələri üçün real təhlükəsizlik böhranları yaradır.
Beynəlxalq təhlükəsizlik hesabatlarına əsasən, terror qruplarının təxminən 30–40 faizi münaqişə sonrası regionlardan yayılır, qeyri-qanuni miqrasiya kanalları terror riskini 2–3 dəfə artırır. Azərbaycan riskləri sərhədlərdə sərt nəzarət, xüsusi rejimlər, mərhələli açılış hesabına minimumda saxlayır.
Digər vacib məqam-İranla bağlı beynəlxalq siyasi və hərbi gərginliyin artmasıdır. İsraillə 12 günlük müharibə və yenidən savaş  perspektivi regionda qeyri-sabitlik riskini gücləndirir, mümkün sanksiyalar və hərbi eskalasiyalar fonunda sərhədyanı təhlükəsizlik tədbirlərini zəruri edir.
Qaçqın axınların bir hissəsi Qara dəniz, Cənubi Qafqaz, Yaxın Şərq marşrutları üzərindən hərəkət edir. İndiki dövrdə açıq sərhədlərimiz potensial təhlükə koridoruna çevrilə bilər.

Unutmayaq ki, 44 günlük Vətən müharibəsi zamanı sərhədlərdə tətbiq edilən xüsusi rejim və məhdudiyyətlər Qələbəmizdə həlledici rol oynadı. Məhz həmin tədbirlər kənar hərbi müdaxilələrin qarşısını aldı, silah və canlı qüvvə axınının nəzarətdə saxlanmasına imkan verdi, arxa cəbhədə sabitliyi qorudu.

Zəfərimiz ən azı 500 kilometrdən artıq dövlət sərhədinin işğaldan azad edilməsi qürurunu millətimizə yaşatdı. Biz onu xarici vasitəçilərin əli ilə deyil, qan bahasına, şəhidlərimizin canı hesabına qazanmışıq. Beynəlxalq hüququ öz gücü ilə təmin  edən dövləti sərhədləri müvəqqəti təhlükəsizlik rejimində saxladığı üçün  ittiham etmək nə hüquqi, nə siyasi, nə də mənəvi baxımdan ədalətlidir.

İşğal dövründə Azərbaycanın sərhədlərinin pozulmasına susanlar, müharibə zamanı həmin nəzarətsiz ərazilərdən Qarabağa silah və yanacaq daşıyanlar, 90-cı illərdə yüz minlərlə evi-mülki talan edib, yağmalayıb Araz üzərindən satanlar, indi Azərbaycandan “tam açıq sərhəd” tələb edirlər. 
Əgər bir dövlət torpaqlarını azad edib, təhlükəsizliyini yenidən qurursa, o dövlətin sərhəd rejimini müəyyən etmək də suveren hüququdur. Məhdudiyyət rejimi qorxu siyasəti və izolasiya deyil, müharibədən sonra dövlətin məsuliyyətli davranışıdır.

Lakin indi dövlətimiz sülhü və Cənubi Qafqazın bütövlükdə suverenliyini təşviq edərkən, təhlükəsizlik riskləri aradan qalxmadan sərhədlərin tam açılmasını qəbul etmir. 

Populist çağırışlarla və emosiyalarla yox, soyuq təhlillər əsasında qərar verilməlidir. 

Bəli, doğrudur, Gürcüstan açıq sərhəd siyasəti hesabına tranzit və turizm gəlirlərini artırıb, Ermənistan açıq sərhədlər fonunda ticarət dövriyyəsini genişləndirib.

Lakin sual edirik, həmin ölkələrin iqtisadi və təhlükəsizlik reallığı Azərbaycanla eynidirmi?

Cavab hamıya aydındır: əsla xeyr. Azərbaycan yaxın keçmişdə real, genişmiqyaslı müharibə aparan dövlətdir. Biz torpaqlarımızı azad etmişik, lakin müharibə başa çatsa da təhlükəsizlik riskləri avtomatik yoxa çıxmayıb. Xüsusilə, müharibədən məğlub çıxan dövlətdə xarici qüvvələrin radikal siyasi və hərbi qrupları aktivləşdirməsi, təxri

Chosen
22
4
sabahinfo.az

8Sources