EN

Oğuz türklərinə məxsus yazılı abidə tapılıb

ain.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qazaxıstanın cənubunda, ehtimal edildiyi kimi, təxminən IX-X əsrlərə aid olan qədim yazılı artefakt aşkar edilib.

Reyting.az-ın məlumatına görə, əhəng daşı üzərindəki bir sətirlik qədim mətn Oğuz türklərində yazının hələ XIII əsrdən də öncə mövcud olduğunu göstərir.

Alimlərin bir qrupu qədim mətndə yazılmış "Hazar, qan, qul" sözlərinin yeganə məna daşıdığını bildiriblər. Elm adamları bu məsələdə demək olar, ortaq fikrə gəlməklə, qədim Oğuz yazısını "Xəzər xaqanının qulu" kimi oxuyublar ki, bu da, ilk versiyaya görə, Oğuz dövləti ilə Xəzər xaqanlığı arasındakı siyasi əlaqələrə işarədir.

Qədim tapıntı artıq elmi ictimaiyyətə təqdim olunub. Alimlər bildiriblər ki, onlar hələ tələsmirlər, tədqiqatların ilk mərhələsi başa çatsa da, əlavə araşdırmalara ehtiyac var.

Oqtay QORÇU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
27
reyting.az

1Sources