EN

İcma əsaslı məktəbəqədər təhsil qruplarına 1 665 uşaq cəlb olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 53 ümumi təhsil və 4 məktəbəqədər təhsil müəssisəsində “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi həyata keçirilir. 

İdarədən AzEdu.az-a bildirilib ki, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilən layihənin tətbiq olunduğu təhsil müəssisələrində 117 icma əsaslı məktəbəqədər təhsil qrupuna 1 665 uşaq cəlb olunub.

Chosen
86
1
azedu.az

6Sources