VÇİOM-un son sorğusuna əsasən, respondentlərin böyük əksəriyyəti dövlət başçısına güvəndiyini bildirib...
Poliqon xəbər verir ki, Rusiyada keçirilən son ictimai rəy sorğusuna görə, ölkə vətəndaşlarının əksəriyyəti prezident Vladimir Putinə etimad göstərir. VÇİOM Analitik Mərkəzinin rəsmi saytında dərc olunan məlumatlara əsasən, sorğuda iştirak edənlərin 80,8 faizi Rusiya Federasiyasının prezidentinə güvəndiyini bildirib.
Araşdırmanın nəticələrinə görə, respondentlərin 77 faizi isə ümumilikdə dövlət rəhbərliyinin fəaliyyətini müsbət qiymətləndirib. Analitiklər qeyd edirlər ki, bu göstəricilər son dövrlərdə müşahidə olunan sabit ictimai-siyasi əhval-ruhiyyəni əks etdirir və hakimiyyətə ictimai dəstəyin yüksək səviyyədə qaldığını göstərir.
VÇİOM-un açıqlamasında vurğulanır ki, sorğu ölkənin müxtəlif regionlarını əhatə edib və nəticələr statistik baxımdan etibarlı hesab olunur. Mərkəzin məlumatına görə, əldə olunan rəqəmlər Rusiya cəmiyyətində mövcud siyasi kursa və prezident institutuna olan etimadın davam etdiyini nümayiş etdirir.
Poliqon.info