Bu ilin yanvar-oktyabr ayları ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən iqtisadi təmərküzləşmə əməliyyatları üzrə 109 müraciətə baxılıb.
Agentliyin məlumatına görə, ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətdə 2 dəfə artım qeydə alınıb.
İqtisadi təmərküzləşmə əməliyyatlarının tənzimlənməsi bazarda rəqabətin məhdudlaşdırılmasının qarşısının alınmasına və istehlakçılar üçün daha əlçatan və sağlam seçim imkanlarının təmin edilməsinə şərait yaradır.