Mingəçevirdə bir ailənin iki üzvü dəm qazından zəhərlənib.
Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində yerləşən keçmiş köçkün şəhərciyində baş verib. 1935-ci il təvəllüdlü Nabat İsmayılova və 1973-cü il təvəllüdlü gəlini Mədinə İsmayılova yaşadıqları mənzildə dəm qazından zəhərləniblər.
Hər iki şəxs xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır./unikal