Fransa milli komandasının oyunçusu Eduardo Camavinga, doğulduğu yer olan Anqolada gənclər üçün bir məktəb və futbol akademiyası açıb.
Vətəninfo.az xəbər verir ki, Camavinga bu təşəbbüsü ilə bağlı, “Gənclərə bir futbol akademiyası və ölkəmə bir məktəb açmağı seçdim. Çox xoşbəxtəm və ailəm mənimlə qürur duyur,” – deyə bildirib.
Fransa milli komandasının ulduz futbolçusu, həmçinin bu addımı ilə gənclərə daha yaxşı təhsil və idman imkanları yaratmağı hədəfləyir. Camavinganın bu təşəbbüsü, Anqola üçün əhəmiyyətli bir layihə kimi qarşılanıb və onun ölkəsinə olan bağlılığını bir daha nümayiş etdirir.