Unikal.az saytına istinadən ain.az xəbər verir.
"Bu qanun layihəsi xaricdə oturub Azərbaycan əleyhinə iş aparan, hansısa məqsədlərlə gedib sığınacaq alan şəxslərlə bağlı tətbiq olunmalıdır. Bu, söz azadlığının məhdudlaşdırılması deyil".
"Unikal" xÉ™bÉ™r verir ki, bunu Milli MÉ™clisin bu gün keçirilÉ™n iclasında "İnformasiya, informasiyalaÅŸdırma vÉ™ informasiyanın mühafizÉ™si haqqında" qnaun layihÉ™sinin müzakirÉ™si zamanı deputat SiyavuÅŸ Novruzov deyib.Â
Deputat bildirib ki, xaricdə oturub heç bir məsuliyyət daşımadan insanları təhqir etmək və onları mənəvi terrora məruz qoymaqla bağlı Cinayət Məcəlləsində ağır maddə olmalıdır:
"Bununla bağlı prokurorluq orqanları müəyyən işlər qaldırıblar. Bu daha da genişlənməli və həmin şəxslər Azərbayacana gətirilib qanun qarşısında cavab verməlidir. Bir qrup insan hesab edir ki, danışsam məni təhqir edəcəklər. Onların çıxışlarını həyat yoldaşları, anaları, bacıları oxuyur. O cür ifadələrin işlədilməsi ilə insanların heysiyyatına toxunmaq istəyirlərsə, birinci özlərinin heysiyyatına toxunmalıdır. Onlar müxtəlif ad altında Azərbaycana tərk ediblər. Həmçinin, televiziya kanallarında göstərilən verilişlər və seriallara aidiyyəti qurumlar cavabdehlik daşıyır. Hesab edirəm ki, orada olan mənəvi terroru aradan qaldırmağa onların imkanı çata bilər".
Anar Kəlbiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.