EN

Uşaqların virtual asılılığının artması parlamentin GÜNDƏMİNDƏ

ain.az bildirir, Bizim media saytına əsaslanaraq.

"Uşaq və yeniyetmələrin ekran və virtual mühitə aludəçiliyi, rəqəmsal mühitin onların psixoloji durumuna mənfi təsiri halları getdikcə daha da artır. Bu da öz növbəsində ümumilikdə təlim və tərbiyə prosesinə çox ciddi təsir edir. Bu gün dünya ölkələrinin qarşısında duran ən mühüm vəzifələrdən biri də təhsil, tərbiyə və texnologiya arasında balansın qorunmasıdır. Bir sıra dünya ölkələri uşaq və yeniyetmələrin virtual asılılığının, rəqəmsal mühitin onların psixologiyasına mənfi təsirinin aradan qaldırılması ilə bağlı müxtəlif qanunlar və  normalar qəbul etməyə başlayıblar".Bizim.Media xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib."Sözügedən məsələnin ölkəmizdə də hüquqi tənzimlənməsi yollarının müzakirə olunmasını, eyni zamanda, müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının iştirakı ilə Milli Məclisdə bu barədə dinləmənin təşkil edilməsini təklif edirəm",- deyə o vurğulayıb.Günay Şahmar, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
69
3
bizim.media

10Sources