EN

London 20 milyardlıq silah ixracı üzrə müqavilələr imzalayıb

Böyük Britaniya rekord həddə - 20 milyard funt sterlinq dəyərində müdafiə ixracı müqavilələri imzalayıb. London NATO ölkələrinin müdafiə xərclərini ÜDM-in 5%-nə çatdırması çərçivəsində gəmilər və qırıcı təyyarələr satır.

Herbiand.az bildirir ki, Böyük Britaniya 2025-ci ildə müttəfiqlərinə 20 milyard funt sterlinqdən (27 milyard dollar) çox müdafiə avadanlığı satışına imza atıb.

Britaniya hökumətinin məlumatına görə, bu, son 40 ilin ən yüksək göstəricisidir.

Bu müqavilələrə gəmilərin ixracı və ən böyük qırıcı təyyarə satışı daxildir. Belə ki, Norveç Hərbi Dəniz Qüvvələrinə ən azı “Type-26” tipli 5 freqat, Türkiyəyə 20 ədəd Eurofighter Typhoon qırıcı və 12 ədəd C-130 təyyarəsi, həmçinin Çexiyaya 18 ədəd Supacat zirehli maşını tədarük ediləcək.

Bəxtiyar CƏFƏRLİ

Chosen
75
herbiand.az

1Sources