EN

Şərurlu İsfəndiyara bəraət verildi

BAKI, 26 dekabr. TELEQRAF

"Şərur MTK"nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrlik etdiyi prosesdə Xüsusi ittiham qaydasında şikayət verən Emil Səməndərovun vəkili Asim Abbasov çıxış edib.

Daha sonra hökm oxunub.

Hökmə əsasən, İsfəndiyar Axundovun əməlində cinayət tərkibi olmadığı müəyyən edilib və ona bəraət verilib.

Xatırladaq ki, İsfəndiyar Axundovu “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov məhkəməyə verib.

Buna əsas kimi Axundovun onu yekun məhkəmə qərarı olmadan dələduz adlandırmasını göstərib. Buna görə də İ. Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittihamçı İsfəndiyar Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.

Chosen
10
38
teleqraf.com

10Sources