EN

Ən çox müraciət edilən ixtisaslar üzrə müsbət göstərici 64,14 faizdir

“Statistik göstəricilər onu deməyə əsas verir ki, ən çox müraciət edilən ixtisaslar üzrə nəzəri və praktik imkanlar nəzərə alındıqda müsbət nəticələr əldə olunur”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov 2025-ci ilin yekunlarına dair keçirilən brifinqdə səsləndirib.

Onun sözlərinə görə, aparılan təhlillərə əsasən tarixən ən çox müraciət edilən ixtisaslar üzrə nəzəri və praktik imkanlar xüsusi əhəmiyyət daşıyır. Bu ixtisaslar üzrə ümumilikdə 332 nəfər qiymətləndirmə prosesinə cəlb olunub.

Tural Əhmədov qeyd edib ki, həmin şəxslərdən 121 nəfər üzrə təhsil aldıqları ixtisasların nəzəri və praktik imkanları qənaətbəxş hesab olunub. Nəticədə bu kateqoriya üzrə müsbət göstərici 64,14 faiz təşkil edib:

“Bu rəqəmlər Azərbaycanda təhsil alan tələbələr üzrə ən çox müraciət edilən ixtisaslarda keyfiyyət meyarlarının nisbətən daha yüksək olduğunu göstərir və gələcəkdə bu istiqamətdə təkmilləşdirmə işləri davam etdiriləcək”.

Zeynəb Rzayeva

Chosen
50
1
bakivaxti.az

2Sources