Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bakının Abşeron rayonu, Sulutəpə dairəsinin yaxınlığında səkidə iri ölçülü çuxur yaranıb.
Avtosfer.az xəbər verir ki, çuxur piyada hərəkətinin intensiv olduğu ərazidə yerləşir və bu da sakinlər üçün ciddi təhlükə yaradır. Ərazidən istifadə edən vətəndaşların sözlərinə görə, xüsusilə axşam saatlarında və yağışlı havalarda çuxuru görmək çətinləşir, nəticədə yıxılma və xəsarət alma riski artır.
Sakinlər bildirirlər ki, yaranmış vəziyyətlə bağlı aidiyyəti qurumlara müraciət edilsə də, hələlik problem aradan qaldırılmayıb. Onlar səkidəki çuxurun qısa müddətdə bərpa edilməsini və ərazidə təhlükəsizlik tədbirlərinin görülməsini istəyirlər.
Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətindən Avtosfer.az-a verilən məlumatda bildirib ki, sözügedən ərazidə əvvəllər vətəndaşların fərdi həyətyanı ərazilərinə qapılar olub:
“Uzun illər bundan əvvəl ərazidə yol və ətraf ərazilərin yenilənməsi zamanı həyətlərə göründüyü kimi keçidlər qoyulub. Çünki vətəndaşların fərdi həyətyanı ərazilərinə ondan başqa keçidi olmayıb. Onu da vurğulayaq ki, sözügedən ərazidə RİH tərəfindən bir neçə dəfə cari təmir işləri aparılıb. Gələn il üçün qeyd edilən ünvanda və yaxın ərazilərdə abadlıq layihəsi nəzərdə tutulmuşdur".
Eltac Zülfüqaroğlu
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.