EN

Xarici diplomların tanınması ilə bağlı keçirilən imtahanının nəticələri AÇIQLANDI

Xarici kvalikasiyaların peşə tanınması üzrə imtahanda  772 nəfər iştirak edib.

Bizim.Media xəbər verir ki, bu sözləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov media nümayəndələri üçün 2025-ci ilin yekununa dair brifinqində qeyd edib. 

Sədr bildirib ki, nüfuzlu universitetlərin tələbələri bu imtahanda daha uğurlu olurlar:

"Ancaq reytinqi aşağı olan, aparıcı olmayan ali təhsil müəssisələrinin nəticələri isə arzuolunmazdır". 

Tural Əhmədov ixtisaslar üzrə uğur faizlərini də açıqlayıb:

"Ən çox hüquqşünaslıq, müəllimlik və mühəndislik üzrə imtahan keçirilib. Hüquqşünaslıq üzrə diplom əldə etmiş vətəndaşların yalnız 30%-i bu kvalikasiyada uğurlu olub. Mühəndislik və müəllimlik üzrə müvəffəqiyyət göstəricisi 50%-dir. Bu, bir nəfərin iştirak etdiyi 1 imtahanı göstərmir. Bəzən bir şəxs eyniməzmunlu imtahandan bir neçə dəfə iştirak etdikdən sonra keçir".

Nəzrin Mirzəyeva, Sadiq Məmmədov, Bizim.Media

Chosen
62
1
bizim.media

2Sources