EN

TƏBİB ilə “Referans”ın monopolist bazarlığı: Dövlət və özəl laboratoriyalar belə məhv edilir

Dövlət tibb müəssisələrində vətəndaşlardan götürülən tibbi analizlərin “mərkəz” adlanan ünvana göndərilməsi ilə bağlı məlumatlar yayılıb. Mediatv.az həmin “mərkəz”in Referans Klinik Laboratoriya Mərkəzi olduğunu açıqlayıb.

Publika.az-ın məlumatına görə, bir sıra dövlət tibb müəssisələrində laborator analizlər yerində aparılmır, kənar özəl laboratoriyaya yönləndirilir. Vətəndaşlara bu barədə nə yazılı məlumat verilir, nə də onların razılığı alınır. Analizlərin niyə dövlət laboratoriyalarında deyil, məhz bir özəl mərkəzdə icra olunması isə suallar doğurur.

Məsələn, Xətai Tibb Mərkəzindəki mənbəmiz bildirdi ki, vətəndaşlardan götürülən analizlər “Referans”a göndərilir və nəticələr də oradan təqdim olunur. Bu prosesin niyə yalnız “Referans” Klinikası üzərindən həyata keçirilməsi isə aydın deyil.

Aidiyyəti qurumlar dövlət tibb müəssisələrində analizlərin niyə yerində aparılmadığını, özəl laboratoriyalara üstünlük verilməsinin səbəblərini və bu seçimin nə dərəcədə şəffaf olduğunu izah etməlidir. Dövlət laboratoriyalarında avadanlıq olduğu halda analizlərin kənara yönləndirilməsinin əsası nədir, bu qərarı kim verir və bu proses dövlət büdcəsinə zərər vururmu? Seçim hansı meyarlarla aparılıb və niyə dövlət laboratoriyaları kənarda saxlanılıb?

Chosen
44
publika.az

1Sources