EN

16 yaşdan kiçik uşaqlara sosial şəbəkə hesabı açmaq qadağası təklif edilir



16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdə hesab açmasına müəyyən qadağaların tətbiq edilməsi üçün Milli Məclisdə ictimai dinləmə keçirilə bilər.

Newscenter.az xəbər verir ki, belə bir təkliflə Milli Məclisin deputatı Kamal Cəfərov çıxış edib. Millət vəkili parlamentin plenar iclasında təklfi edib ki, Milli Məclis rəhbərliyinin uyğun bildiyi zamanda bununla bağlı mütəxəssislər, ekspertlərin iştirakı ilə ictimai dinləmə keçirilsin:

"Sosial şəbəkələrdə vəziyyət həqiqətən də arzuedilməz vəziyyətdədir. Orada uyğunsuz paylaşımların edilməsi gənclərin milli-mənəvi dəyərinə, tərbiyəsinə olduqca mənfi təsir göstərir. Ona görə də bu istiqamətdə müvafiq addımların atılmasının zamanıdır".

Süleyman
Chosen
12
newscenter.az

1Sources