EN

Sabiq prezidentə 10 il həbs cəzası tələb olundu

Cənubi Koreyada prokuror keçmiş prezident Yun Sok Yola 10 il həbs cəzası tələb edib.

Aktual.az xəbər verir ki, bu barədə "Röyters” məlumat yayıb.

"Tələb əsasən, hüquq-mühafizə orqanları əməkdaşlarının işinə mane olmaq ittihamları ilə bağlıdır (hərbi vəziyyətin tətbiqi ilə bağlı hadisələrdən sonra Yolu həbs etmək cəhdləri də daxil olmaqla)”, - məlumatda deyilib.

Qeyd edək ki, 3 dekabr 2024-cü ildə Yun Sok Yol Cənubi Koreyada hərbi vəziyyət elan etmişdi. Əsassız hərbi vəziyyətə görə dekabrın 14-də parlament ona impiçment elan edib. Yanvarın 15-də üsyanda ittiham olunan prezident həbs olunub. O, mart ayında azadlığa buraxılıb. Aprel ayında Koreyanın Konstitusiya Məhkəməsi prezidentin impiçmentini yekdilliklə təsdiqləyib.

Chosen
31
ulusum.az

1Sources