EN

Bu ölkədə uşaqların bir hərəkətə görə məktəbdən qovulması təklif edilir

Müəllimə hücum edən şagird məktəbdən qovulmalıdır.

Herbiand.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti yanında vətəndaş cəmiyyəti və insan hüquqları şurasının sədri Valeri Fadeyev bildirib.

“Müəllimə hücum etdin - əlvida, hətta heç bir söhbət lazım deyil”, - Fadeyev jurnalistlərlə söhbətində deyib.

Onun sözlərinə görə, uşaqlar başa düşməlidir ki, müəllimlərə hücum etmək olmaz: “Bu, vacib bir tabu, sivilizasiyanın təməl daşlarından biridir”.

Şura sədri bundan başqa, tənəffüs zamanı siqaret çəkən, dərsin keçilməsinə imkan verməyən, müəllimi təhqir edən şagirdlərin də cəzalandırılmasına çağırıb: “Lakin bu pozuntulara görə təklif edirəm ki, əvvəlcə valideynləri məktəbə çağırmaq və onlarla söhbət aparmaq lazımdır”.

Bəxtiyar CƏFƏRLİ

Chosen
30
herbiand.az

1Sources