EN

Peşə tanınması imtahanı: “Namizədlərin 66 %-i uğursuz nəticə əldə edib”

“Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə xaricdə əldə edilmiş kvalifikasiyaların son peşə tanınması imtahanında müvəffəqiyyət göstəricisi cəmi 44 % təşkil edir".

“Cebheinfo.az” xəbər verir ki, bu sözləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədovun media nümayəndələri üçün 2025-ci ilin yekununa dair brifinqində deyib.

O qeyd edib ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sifarişi əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən 19 dekabr 2025-ci il tarixində təşkil olunan peşə tanınması imtahanında “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə iştirak edən namizədlərin 66 %-i uğursuz nəticə əldə edib:

"Belə ki, sözügedən imtahanda həmin ixtisas üzrə 29 nəfərdən 19-u uğursuz nəticə göstərib, yalnız 10 müraciətçi uğur qazanıb. Uğursuz nəticələrin əsas hissəsi Ukrayna və Rusiya Federasiyasının ali təhsil müəssisələrinin (ATM) məzunlarının payına düşür.

Belə ki, sözügedən ixtisas üzrə peşə tanınması imtahanında uğursuz nəticə göstərən müraciətçilər kvalifikasiyalarını Ukrayna üzrə Ukrayna Milli Mülki Müdafiə Universiteti, Rusiya Federasiyası üzrə isə Sankt-Peterburq Dövlət Yanğından Mühafizə Xidməti Universitetindən əldə edib".

Chosen
46
2
cebheinfo.az

2Sources