EN

Bu küçədə nəqliyyatın hərəkətiməhdudlaşdırılacaq

Dekabrın 27-i saat 00:00-dan etibarən Bakının Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər Əhməd Rəcəbli küçəsindən Fətəli Xan Xoyski küçəsinə qədər olan hissədə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Redaktor.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılması yeni avtomobil yolunun tikintisi və istismara verilməsi işləri ilə əlaqədardır.

"Sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə məlumatda deyilir.

Chosen
21
24
redaktor.az

10Sources