Böyük Qayıdış prosesinə uyğun olaraq bu gün Ağdam rayonunun Xıdırlı kəndinə, Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Xocalı rayonunun Seyidbəyli kəndinə sakinlərin növbəti qayıdışı aparılıb.
Ucnoqta.az xəbər verir ki, doğma yurduna qayıdan ailələr ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Ağdam rayonun Xıdırlı kəndinə 64 ailə (278 nəfər), Xocavənd rayonunun Hadrut qəsəbəsinə 13 ailə (51 nəfər), Xocalı rayonunun Seyidbəyli kəndinə isə 11 ailə (48 nəfər) daimi qayıdışı təmin edilib.