EN

Ağdam, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb - FOTOLAR

Böyük Qayıdış prosesinə uyğun olaraq bu gün Ağdam rayonunun Xıdırlı kəndinə, Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Xocalı rayonunun Seyidbəyli kəndinə növbəti köç karvanı yola salınıb.
 
Moderator.az "Report"a istinadla xəbər verir ki, doğma yurduna qayıdan ailələr respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
 
Bu mərhələdə Ağdam rayonunun Xıdırlı kəndinə 64 ailə (278 nəfər), Xocavənd rayonunun Hadrut qəsəbəsinə 13 ailə (51 nəfər), Xocalı rayonunun Seyidbəyli kəndinə isə 11 ailənin (48 nəfər) daimi qayıdışı təmin edilib.
Chosen
39
3
moderator.az

10Sources