İspaniyanın "Barselona" klubunun futbolçusu Lamin Yamal Avropada 2025-ci ilin ən yaxşı cinah oyunçusu seçilib.
Apasport.az xəbər verir ki, bu barədə "WhoScored" statistik portalı siyahı açıqlayıb.
Avropanın "Top-5" liqasında çıxış edən futbolçuların siyahısına 8,34 xalla Lamin Yamal başçılıq edir. İkinci yeri "Bavariya"dan Maykl Olise (7,85 xal) tutub. İlk "3-lüy"ü Münhen klubunun digər üzvü Luis Dias (7,67 xal) qapayıb.
İlk "5-lik"də Meyson Qrinvud ("Marsel", 7,58 xal) və Rafinya ("Barselona", 7,47 xal) da yer alıb.
“Real”ın oyunçusu Anqolada futbol akademiyası açacaq
“Latsio”nun futbolçusu ərəblərin radarında
Bundesliqadan La Liqaya
Vlahoviç İtaliyada klubunu dəyişə bilər
“Barselona”da yeni müqavilə