EN

Gimnastlar üçün antidopinq maarifləndirmə seminarı keçirildi - VİDEO

Azərbaycan Gimnastika Federasiyasının idmançıları üçün antidopinq maarifləndirmə seminarı keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) məlumat yayıb.

AMADA-nın təşkilatçılığı ilə bağlı tutan tədbirdə idmançılara qadağan edilmiş siyahı, dopinq nəzarəti prosesi, eləcə də idmançıların hüquq və öhdəlikləri barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, təmiz idman dəyərlərinə riayət edilməsi idmançının uzunmüddətli və uğurlu karyerasının formalaşmasında əsas amillərdən biridir. Dopinqdən uzaq qalmaq idmançının sağlamlığının qorunmasına, nəticələrin ədalətli şəkildə əldə edilməsinə və şəxsi nüfuzunun saxlanılmasına xidmət edir.

Tədbir interaktiv formatda təşkil olunaraq sual-cavab sessiyaları ilə davam edib. Seminarın əsas məqsədi idmançıların antidopinq qaydaları üzrə məlumatlılığını artırmaq, mümkün risklərin qarşısını almaq və dürüst rəqabət prinsiplərinə sadiqliyi gücləndirmək olub.

İdman.Biz
Chosen
15
3
idman.biz

4Sources