Bu il Azərbaycan Dəmir Yollarına (ADY) məxsus qatarlar sahibsiz buraxılmış təsərrüfat heyvanları ilə 54 dəfə toqquşub.
Bu barədə Teleqraf-a ADY-dən məlumat verilib.
Bildirilib ki, hadisələr nəticəsində heyvanlar tələf olur, qatarların texniki vəziyyətinə zərər dəyir.
"Bu cür halların baş verməməsi və cərimələnməmək üçün heyvanlara istisnasız nəzarət edilməlidir." - qurumdan bildirib.