EN

Terror aktı planlaşdıran İŞİD üzvü ələ keçirildi

Yazını böyüt
Yazını kiçilt

Türkiyə hüquq-mühafizə orqanlarının birgə keçirdiyi əməliyyat nəticəsində Malatyada İŞİD üzvü İbrahim Burtakuçin saxlanılıb.

Hafta.az "TRT Haber"ə istinadən xəbər verir ki, ələ keçirilən şəxs Yeni il şənlikləri zamanı Türkiyədə terror aktları həyata keçirməyi planlaşdırırmış.

Araşdırmalar zamanı məlum olub ki, Burtakuçin həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə çoxsaylı İŞİD tərəfdarları ilə sıx əlaqədə olub.

Əməliyyat zamanı şübhəli şəxsin evindən ona məxsus rəqəmsal materiallar və terror təşkilatına məxsus qadağan olunan nəşrlər tapılaraq müsadirə edilib.

Chosen
65
hafta.az

1Sources